Vahid Ələkbərov 3,09 milyard dollar itirdi

Vahid Ələkbərov 3,09 milyard dollar itirdi
  • Cəmiyyət

  • Rusiyanın ən varlı sahibkarlarının ümumi sərvəti ilin əvvəlindən bəri 45,484 milyard dollar azalıb.

    Ən çox itirən isə sərvəti təxminən 7 milyard dollar azalan “Novatek” və “Sibur” şirkətlərinin ortaq sahibi Gennadi Timçenko olub.

    “Bloomberg” Milyarderlər İndeksinin (BBI) məlumatları belə deməyə əsas verir.

    İndeks milyarderlərin pay sahibi olduğu şirkətlərin səhmlərinin dəyəri əsasında hesablanır.

    Ümumilikdə, BBI reytinqinə dünyanın 500 ən varlı adamı daxildir və hazırda siyahıda 23 Rusiya vətəndaşı var ki, onların da ümumi sərvəti mayın 2-nə olan məlumata görə, 328,04 milyard dollar təşkil edir.

    Rusiyalıların ən zəngini “Norilsk Nikel”in əsas sahiblərindən biri Vladimir Potanindir. Ilin əvvəlindən onun sərvəti 645 milyon dollar artıb və hazırda 31,5 milyard dollar təşkil edir.

    Siyahıda altıncı yerdə qərarlaşan Vahid Ələkbərov (“Lukoyl”un keçmiş rəhbəri) 3,09 milyard dollar itirib və hazırda 18,7 milyard dollar sərvətə malikdir.

    Mənbə: “RİA Novosti”
    PAYLAŞ:

    Oxşar xəbərlər