Prezidenti İlham Əliyevin Brüssel səfəri

Prezidenti İlham Əliyevin Brüssel səfəri
  • Cəmiyyət

  • Ölkəmizin başçısı cənab İlham Əliyevin cari ilin 6 aprel tarixli Brüssel səfəri Azərbaycanın növbəti siyasi-diplomatik qələbəsi ilə nəticələndi.

    Dünya bir daha rəsmi Bakının sülhsevər,əməkdaşlığa hazır mövqeyini gördü.

    44 günlük Vətən müharibəsində qazanılmış böyük Qələbədən sonra  Ermənistanın kapitulyasiyası Azərbaycanın hərbi qələbəsi demək idi. Bunun davamı olaraq,Azərbaycan Moskvada və Soçidə keçirilmiş görüşlərdən siyasi-diplomatik qələbə ilə ayrıldı ki, bununla da Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə məcbur edildi.Bütün bunlar Brüssel qələbəsini labüdləşdirirdi.

    Brüssel görüşündə əldə olunan razılaşmalar böyük əhəmiyyət daşıyır.Görüşün nəticəsi Azərbaycan dövlətinin maraqlarını uyğunluğunu göstərmişdir.Görüş zamanı 2020-ci il 10 noyabr üçtərəfli bəyanatın müddəalarına tam riayət olunması, tərəflər arasında  sülh və etimadına yaradılması üçün humanitar addımların davam etdirilməsiiki dövlətin sərhədlərinin delimitasiya və demarkasiyası üçün konkret addımların atılması, nəqliyyat və kommunikasiyaların açılması məsələləri geniş müzakirə olunmuşdur. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin bəyanatında “Dağlıq Qarabağ “ ifadəsinin işlədilməməsi, ATƏT-in Minsk qrupunun adının çəkilməməsi onu göstərir ki, Avropa İttifaqı Azərbaycanın sahib olduğu yeni reallıqları qəbul edir.

    Avropa İttifaqının vasitəçilik səyləri sayəsində Azərbaycanla Ermənistan arasında sülh əldə olunması üçün yeni mexanizm yaranır. Avropa İttifaqı yerinə yetirdiyi missiyası ilə ilk növbədə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasını qarşısına məqsəd qoyub ki, bu istiqamətdə nailiyyətlər əldə etməyə yaxındır.

    Minalanmış ərazilərin təmizlənməsi, quruculuq işlərinin aparılması, itkin düşən şəxlərin tapılması ilə bağlı məsələdə də Azərbaycana dəstək göstərilməsi səfər zamanı toxunulan mühüm məqamlardan olmuşdur.

    Bu məsələdə Avropa İttifaqı Azərbaycana dəstək göstərəcəyini bəyan etmişdir. Azərbaycanın qalib ölkə kimi daha çox şərtlər və tələblər irəli sürmədən regionda sülhü dəstəklənməsi həm Avropa İttifaqının, həmçinin qərb institutlarının dəstəklədiyibir yanaşmadır.

    Brüsseldə baş tutan görüş  Azərbaycan diplomatiyasının növbəti uğurudur.  Brüssel görüşləri diplomatik müstəvidə Azərbaycanın qələbəsini danılmaz etmişdir. 

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi-diplomatik səyləri böyük səmərə verir və dövlətimizi yeni zirvələrə aparır. Regionda sülhü daim dəstəkləyən Azərbaycan həmişə sülhün və  beynəlxalq hüququn tərəfdarı olmuşdur.

    Arif Mehtiyev,
    Masallı
    PAYLAŞ:

    Oxşar xəbərlər