Suqovuşanda hərbi hissə açıldı

Suqovuşanda hərbi hissə açıldı
  • Cəmiyyət / Maraqlı

  • Tərtər rayonunun Suqovuşan qəsəbəsində Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışı olub.

    “Leqal.az” xəbər verir ki, Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər. Müdafiə naziri general-polkovnik Zakir Həsənov dövlət başçısına raport verib.

    Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva əvvəlcə sıra meydanında düzülmüş döyüş texnikalarına baxıblar. Silahlı Qüvvələrin Ali Baş Komandanına hərbi hissədə yaradılan şərait bərədə məlumat verilib.

    Bildirilib ki, hərbi hissənin ərazisində nəzarət-buraxılış məntəqəsi, qərargah binaları, əsgər yataqxanaları, tibb məntəqəsi, qazanxanalar, mağaza, 174 nəfərlik yeməkxana binası yaradılıb. Hərbi hissənin qərargah binasında hərbçilər üçün bütün zəruri avadanlıqla təchiz edilən iş otaqları var. Əsgər yeməkxanası da müasir səviyyədədir.

    Dövlət başçısı və birinci xanım hərbi hissənin əsgər yeməkxanasında yaradılan şəraitlə tanış olublar.






    PAYLAŞ:

    Oxşar xəbərlər