Ölkədə bu gün peyvənd olunanların sayı açıqlandı

Ölkədə bu gün peyvənd olunanların sayı açıqlandı
  • Cəmiyyət / Maraqlı

  • Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 16 974 vaksin vurulub.

    Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

    Gün ərzində birinci doza vaksinlərin sayı 801, ikinci doza vaksinlərin sayı 1 864 təşkil edib.

    Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 13 408-dir. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 811 olub.

    Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 355 516, birinci doza peyvəndlərin ümumi sayı 5 318 721, ikinci doza vaksinlərin sayı 4 812 983 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 3 000 253, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı isə 222 559 olub.
    PAYLAŞ:

    Oxşar xəbərlər