Ərdoğan Afrika səfərini yarımçıq dayandıraraq Türkiyəyə qayıdır

Ərdoğan Afrika səfərini yarımçıq dayandıraraq Türkiyəyə qayıdır
  • Cəmiyyət / Maraqlı

  • Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Afrika səfərinin son dayanacağı olan Qvineya-Bisau səfərini ləğv edərək ölkəsinə dönür. O, NATO liderlərinin növbədənkənar toplantısında iştirak edəcək.

    Rusiya-Ukrayna böhranı ilə bağlı təyyarədə jurnalistlərə açıqlama verən Ərdoğan ABŞ-ın bəyanatları və xüsusilə də Münhen Konfransındakı qəribəliklərə işarə edib.

    “Fikrimcə, Münhen Konfransı onsuz da sadəcə NATO Zirvəsi olmaqdan o yana keçməyib. Biz əvvəldən gərginliyi azaltmaq üçün səmimi səylər göstərmişik.

    Böhranın həlli ilə bağlı mesajlarımızı açıq şəkildə vermişik. Xarici İşlər Nazirliyinin son hadisələrlə bağlı verdiyi açıqlamada Rusiyanın qondarma Donetsk və Luqansk respublikalarını tanıma qərarının Minsk razılaşmalarına zidd olduğu bildirilib. Bu qərarın Ukraynanın siyasi birliyinin, suverenliyinin və ərazi bütövlüyünün açıq şəkildə pozulması olduğu vurğulanıb.

    Biz Rusiyanın bu qərarını qəbuledilməz hesab edirik. Biz tərəflərə yönəlik sağlam düşüncə və beynəlxalq hüquqa riayət etmə çağırışımızı bir daha təkrar edirik”, - deyə o bildirib. //oxu.az
    PAYLAŞ:

    Oxşar xəbərlər