Hava haqqında məlumat

Hava haqqında məlumat
  • Cəmiyyət / Maraqlı

  • Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən gecə və səhər bəzi yerlərdə zəif duman olacaq.

    Cənub-qərb küləyi səhər mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu gecə 0-3° isti, gündüz 7-10° isti, Bakıda gecə 0-2° isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.

    Fevralın 7-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.

    Azərbaycanın rayonlarında gözlənilən hava şəraitinə gəlincə, hava əsasən yağmursuz olacaq. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-12° isti, dağlarda 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 18°-dək şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.
    PAYLAŞ:

    Oxşar xəbərlər