Azərbaycanın şimal bölgələrinə bu gecə qar yağıb

Azərbaycanın şimal bölgələrinə bu gecə qar yağıb
  • Cəmiyyət / Maraqlı

  • Ölkəmizin şimal bölgəsinin rayonları bu gecə yenidən ağ örpəyə bürünüb. Quba və Qusarın dağlıq ərazilərinə və rayon mərkəzlərinə qar düşüb.

    Qusarın Ləzə kənd sakinlərinin məlumatına görə, kəndə 20 sm-ə yaxın qar yağıb.

    Quba ərazi hidrometerologiya müəssisəsindən isə Bizim.Media-ya bildirilib ki, Quba şəhərinə 14 sm, Qrız kəndinə isə 17 sm qar qeydə alınıb.

    Ən çox şaxta da -17.1 dərəcə olmaqla qeyru-adi təbiəti olan Qrız kəndində müşahidə edilib.

    Qarın fəsadları barədə hələlik məlumat yoxdur.Yolların qardan təmizlənməsi işlərinə başlanılıb.

    PAYLAŞ:

    Oxşar xəbərlər