Bəla başımızın üstünü alır: 70 dəfə daha sürətli! - CİDDİ XƏBƏRDARLIQ

Bəla başımızın üstünü alır: 70 dəfə daha sürətli! - CİDDİ XƏBƏRDARLIQ
  • Cəmiyyət / Maraqlı

  • "Leqal.az" xəbər verir ki, bu barədə Publika.az-a İnfeksionist həkim Mərdan Əliyev danışıb.

    Onun sözlərinə görə, fevral ayında yoluxmalar sürətlə artacaq, yaz aylarında azalmağa doğru gedən yoluxma statistikası yayda sıfıra yaxınlaşacaq. 

    “Omikron” variantı yuxarı tənəffüs yollarında “delta”dan 70 dəfə daha sürətli çoxalır. Yaxşı tərəfi odur ki, ağciyər toxumasında 10 dəfə daha aşağı sürətlə artıb çoxalmağa meyillidir.

    Bu da o deməkdir ki, “omikron” pnevmoniya kimi ağırlaşmalara səbəb olmur. Bildiyimiz kimi, bu xəstəliklərin əsas ağırlaşmaları və qorxulu tərəfi ağciyər iltihablanmasıdır. “Omikron”da isə verilən məlumatlara görə, ağciyər iltihablanması daha azdır. Peyvəndin də “omikron”a daha az təsir göstərdiyi məlum olub. Hətta yoluxub sağalanların da bir neçə ay sonra “omikron”a yoluxmaq ehtimalları yüksəkdir. Lakin bir peyvənd olunmusunuzsa və ya xəstəliyi keçirib sağalmısınızsa, “omikron” da ayrı bir növ olmadığı üçün immun sistemi buna yenə də təsir göstərə bilir. “Omikron” tamamilə ayrı bir virus deyil, düzdür, burada mutasiya bir qədər dəyişiklik törədir, amma virus və xəstəlik törətmə prinsipləri eyni olduğu üçün immunitetiniz bu xəstəliyi tanıya bilir.

    Bu xəstəliyi bir dəfə keçirmisinizsə, ikinci dəfə yoluxanda orqanizminiz onunla yad bir virus kimi davranmır. Odur ki, ikinci dəfə bu xəstəliyi daha yüngül keçiririk. Nadir hallar var, təbii ki, bunlar istisnadır”.
    PAYLAŞ:

    Oxşar xəbərlər