“Mançester Yunayted” hücumçu Meyson Qrinvudla bağlı qalmaqala dair açıqlama yayıb.
Klubdan bildirlib ki, futbolçu qeyri-müəyyən müddətə məşqlərdən və oyunlardan kənarlaşdırılıb.
Bununla yanaşı, artıq onun polis tərəfindən saxlanıldığı məlum olub.
Qeyd edək ki, bu gün futbolçunun sevgilisi Harriet Robson döyülmə fotosunu paylaşaraq onu zorakılıqda ittiham edib. Robson onun cinsi əlaqəyə məcbur edilməsinin audioyazısını da yayımlayıb. /oxu.az/
LEQAL.AZ