Azərbaycanda ötən gün koronavirusa 4 268 yeni yoluxma faktı qeydə alınıb, 1 486 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 17 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 651 341 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 622 672 nəfər müalicə olunaraq sağalıb, 8 700 nəfər vəfat edib, aktiv xəstə sayı 19 969 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 091, ötən müddət ərzində isə ümumilikdə 6 134 952 test aparılıb.
Qeyd edək ki, ötən gün 3564 nəfərin koronavirusa yoluxduğu aşkarlanmışdı.
LEQAL.AZ
Bizim Instagram səhifəmizə abunə olun!