Son sutkada 329 nəfər COVID-19-a yoluxub, 12 nəfər vəfat edib

Son sutkada 329 nəfər COVID-19-a yoluxub, 12 nəfər vəfat edib
  • Cəmiyyət / Maraqlı

  • Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 329 yeni yoluxma faktı qeydə alınıb, 358 nəfər müalicə olunaraq sağalıb. 

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 12 nəfər vəfat edib. 


    Son sutkada koronavirus əleyhinə 58 vaksin vurulub.

    Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 21, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 37, buster doza üzrə vaksinasiya olunan qeydə alınmayıb.

    Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 milyon 498 min 430, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 milyon 184 min 66, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 milyon 695 min 363, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 milyon 619 min 1 təşkil edir. 

    PAYLAŞ:

    Oxşar xəbərlər