Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 364 yoluxma faktı qeydə alınıb, 605 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 7 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 617 min 311 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 600 min 151 nəfər müalicə olunaraq sağalıb, 8 min 365 nəfər vəfat edib. Aktiv xəstə sayı 8 min 795 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 min 444, bu günə qədər isə ümumilikdə 5 milyon 870 min 329 test icra olunub.
LEQAL.AZ