Azərbaycanda bu gündən yaşı 65-dən yuxarı olanlara yaşayış yerini tərk etməmək tövsiyə olunur

Azərbaycanda bu gündən yaşı 65-dən yuxarı olanlara yaşayış yerini tərk etməmək tövsiyə olunur
  • Cəmiyyət

  • Yüksək risk qrupuna daxil olan 65 yaşdan yuxarı şəxslərin bu gündən ən zəruri hallarda yaşayış yerlərini tərk etmələri tövsiyə edilib.

    APA-nın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ qərargah qərar verib.

    Qeyd edək ki, son günlər Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarında kəskin artım müşahidə olunması səbəbindən mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq, bu gündən ölkədə xüsusi karantin rejimi çərçivəsində bir sıra məhdudiyyətlərin tətbiq olunmasına qərar verilib.

    PAYLAŞ:

    Oxşar xəbərlər