Azərbaycanda koronavirus infeksiyasına 647 yoluxma faktı qeydə alınıb, daha 134 nəfər sağalıb

Azərbaycanda koronavirus infeksiyasına 647 yoluxma faktı qeydə alınıb, daha 134 nəfər sağalıb
  • Cəmiyyət

  • Azərbaycan Respublikasında koronavirus infeksiyasına 647 yeni yoluxma faktı qeydə alınıb, daha 134 nəfər sağalıb.
    Nazirlər Kabineti yanında Operativ Qərargahdan LEQAL.AZ-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.
    Hazırkı dövrədək ölkəmizdə 44 min 964 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 40 min 37 nəfər müalicə olunaraq sağalıb, 626 nəfər vəfat edib. Aktiv xəstə sayı 4301 nəfərdir.
    Ötən müddət ərzində 1 milyon 228 min 24 test aparılıb. Bugünkü test sayı isə 9089-dur.
    PAYLAŞ:

    Oxşar xəbərlər