«Tərəqqi» medallı, Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatının yaradıcısı, Azərbaycan Respublikası Rrezidentinin fərdi təqaüdüçüsü Şirvan Rəşid oğlu Əbilov bu gün səhər saatlarında dünyasını dəyişdi...
Şirvan Rəşid oğlu Əbilov 1932-ci ildə Masallının Mahmudavar kəndində anadan olmuşdur.
...İndiki Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) ali təhsil alır. Universitet təhsilindən sonra müxtəlif vəzifələrdə çalışır. Sonrakı illərdə Masallı və Cəlilabad rayonlarında polis orqanlarında fəaliyyət göstərir.
Hələ kiçik yaşlarından yazmağa həvəs göstərən Ş.Əbilov o vaxtın SSRİ Jurnalistlər İttifaqının üzvü olmuşdur. Bütün zamanlarda, harada işləməsindən asılı olmayaraq, qələmdən əl çəkməmiş, rayon və respublika mətbuatında çıxış etmişdir.
Onun haqqında elimizin gözəl Xalq Yazıçısı Elmira Axundovanın Ümummilli Lider Heydər Əliyevin ömür yoluna işıq tutduğu «Şəxsiyyət və zaman» kitabında da yer almışdır...
Şirvan Rəşid oğlu Əbilov 1990-cı illərin əvvəllərində ölkədəki özbaşınalığı, xaosu görüb Naxçıvana gedərək Heydər Əliyevlə görüşməyi qərara alır. Bu barədə "Mahmudavar" əsərinin 44-45-ci səhifələrində qeyd edilir:
Şirvan Əbilov 1992-ci il, 19 noyabrda Naxçıvana Heydər Əliyevlə görüşə gedən 40 nəfərdən biridir. Həmin görüşdə cənub elinin yeganə nümayəndəsi olmuşdur. O vaxtdan onun Prezidentlə şəxsi tanışlığı başlamışdır. 20 noyabrda dahi şəxsiyyət, bənzərsiz İnsan Heydər Əlirza oğlu Əliyev Şirvan Əbilovu qəbul etmiş, söhbətləri çox səmimi şəraitdə keçmiş, Heydər Əliyev bölgəmizə xüsusi hörmət bəslədiyini və mahmudavarlı nazir müavini İmran Əbilovla bağlı xoş sözlər söyləmişdir.
21 noyabrda Naxçıvan Dövlət Dram teatrının binasında Heydər Əliyevin sədirliyi, 550 nəfərin iştirakı ilə YAP-ın təsis konfransında Şirvan Əbilov də çıxış etmişdir. Onun çıxışı Heydər Əliyevdə xoş təəssürat oyatmış, onun dediyi kimi, çıxışımın sonunda Heydər Əliyev məni qucaqlayıb öpdü, ömrümün ən yadda qalan anı həmin anlar oldu…
Konfransda YAP-ın siyası şurasının üzüvlüyünə məhz Heydər Əliyevin təklifi ilə Şirvan Əbilov da seçilmişdir. O, Naxçıvandan qayıtdıqdan sonra Cənub elində ilk dəfə, 1992-ci ilin 28 noyabr tarixində doğulub boy atdığı, pərvazlandığı Mahmudavar kəndində, YAP-ın dayaq dəstəsini yaratdı, 157 nəfər bu partiyaya üzv seçildi. 355 nəfər isə partiyanın təəssübkeşi oldu. Mahmudavar kəndi tarixində heç bir siyasi təşkilat qısa müddətdə say etibarilə bu qədər üzv özündə birləşdirə bilməmişdi.
Şirvan Əbilov 1993-cü ilin fevralında YAP-ın Masallı Rayon Təşkilatının təsis konfransını təşkil edərək, onun rayon təşkilatının idarə heyətinin sədri seçilmişdir.
Cənab İlham Əliyev 2017-ci il avqustun 23-də Şirvan Əbilovu Azərbaycan Respublikasının ictimai həyatında fəal iştirakına görə “Tərəqqi” medalı ilə təltif etmişdir. O, həmçinin 2007-ci ildən Azərbaycan Respublikası Rrezidentinin fərdi təqaüdüçüsüdür.
Bu gün, 88 yaşında vəfat etdi…
Allah rəhmət eləsin.
LEQAL.AZ