Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus bildirib ki, təsdiqlənmiş koronavirus xəstəsi ilə görüş səbəbindən o, karantinə başlayacaq.
LEQAL.AZ xarici ölkə KİV-lərinə istinadla xəbər verir ki, ÜST rəhbəri deyib: “Mən özümü yaxşı hiss edirəm və məndə xəstəliyə dair simptomlar yoxdur. Lakin yaxın günlərdə karantində olacağam və evdən işləyəcəyəm”.