Gədəbəy rayonunda Beynəlxalq Gənclər Günü münasibəti ilə gənclər təltif edildi

Gədəbəy rayonunda Beynəlxalq Gənclər Günü münasibəti ilə gənclər təltif edildi
  • Cəmiyyət

  • Gədəbəydə Beynəlxalq Gənclər Günü münasibətilə təltifetmə mərasimi keçirildi.

    Tədbirdə Gədəbəy rayon Gənclər və İdman İdarəsinin əməkdaşlarının, Gədəbəy rayon Gənclər və İdman İdarəsi İdman könüllülərinin, rayonun ən fəal gənclərinin, idmançılarının, müəllimlərinin və digər bacarıqlara sahib aktiv gənclər iştirak etdi.

    Tədbir Ulu öndər Heydər Əliyevin abidəsinə ziyarətlə başladı, təltif edilən gənclərin birgə iştirakı ilə abidə önünə gül - çiçəklər qoyuldu. Tədbiri Gədəbəy rayon Gənclər və İdman İdarəsi İdman könüllüləri təşkilatının sədri Aliq Bağırov açaraq 12 Avqust Beynəlxalq Gənclər Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib onlara gələcək həyat, təhsil və karyeralarında uğurlar arzuladı.

    Sonra Gənclər və İdman İdarəsinin əməkdaşı Müşviq Məmmədov gənclərə 44 günlük müharibə zamanı göstərmiş olduğu qəhrəmanlıqdan danışaraq daha çox çalışmalarını və dəmir yumruq ətrafında birləşməyimizin önəmini vurğuladı. Həmçinin, Gədəbəy rayon Təhsil Şöbəsinin əməkdaşı, Azərbaycan dili və ədəbiyyat müəllimi Şahzadə Qəhrəmanlı çıxışında təhsilin önəmini vurğuladı, gənclərə asüdə zamanlarında Gədəbəy rayonunun ictimai fəaliyyətində aktiv olmağa və öz töhvələrini verməyə səslədi.

    Tədbir idman könüllərinin çıxışları ilə davam etdi. Azərbaycan Neft və Sənaye Universitetinin tələbəsi, Gədəbəy rayon İdman könüllülərinin üzvü olan Cavid Bağırlı çıxışı zamanı onlara yaradılmış bu şəraitə görə təşəkkürünü bildirdi. Qeyd etdi ki, gənclər sahəsinin inkişafı daima cənab prezidetimiz İlham Əliyevin diqqət mərkəzindədir.

    Sonda Gədəbəy rayonunda gənclərin fəaliyyətinin inkişaf etdirilməsi, asüdə zamanlarının doğru qiymətləndirilməsi üçün nələr etmələri gərəkdiyi haqqında müzakirələr aparılaraq gənclərin fikir və təklifləri dinlənildi. Sonda gənclər Gədəbəy rayon Gənclər və İdman İdarəsi və Gədəbəy rayon İdman könüllüləri tərəfindən təltif edildi.

    LEQAL.AZ

    PAYLAŞ:

    Oxşar xəbərlər