Azərbaycan Respublikasının milli bayramı - Dövlət Müstəqilliyi Gününün 29-cu ildönümü Gürcüstanda da qeyd olunub.
LEQAL.AZ xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və səfirliyin əməkdaşları Dövlət Müstəqilliyi Günü münasibətilə Tbilisinin mərkəzindəki Heydər Əliyev parkında müasir və müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, xatirəsini ehtiramla yad ediblər.
Sonra səfir və əməkdaşlar Rustavi şəhərindəki parkda ulu öndər Heydər Əliyevin buradakı büstü önünə də gül dəstələri düzüblər.