Düşmən bu dəfə Goranboyun Tapqaraqoyunlu kəndini hədəf aldı – daha bir dinc sakin həlak oldu-FOTO

Düşmən bu dəfə Goranboyun Tapqaraqoyunlu kəndini hədəf aldı – daha bir dinc sakin həlak oldu-FOTO
  • Cəmiyyət

  • Oktyabrın 29-da səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Goranboy rayonu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulub.

    LEQAL.AZ azərtac-a iatinadən xəbər verir ki, saat 17 radələrində Goranboy rayonunun Tapqaraqoyunlu kəndində fərdi yaşayış evinə mərmi düşməsi nəticəsində 1967-ci il təvəllüdlü Ziyadova Flora Qaraş qızı həlak olub, evə isə ciddi ziyan dəyib.

    Qeyd edək ki, sentyabrın 27-dən bəri Ermənistan silahlı qüvvələrinin artilleriya atəşi nəticəsində mülki şəxslərdən 90 nəfər həlak olub, 400-ə yaxın dinc sakin isə xəsarət alıb. Bundan başqa, 2338 ev, 92 çoxmənzilli yaşayış binası və 415 mülki obyekt yararsız vəziyyətə düşüb.
    PAYLAŞ:

    Oxşar xəbərlər