Rayon rəhbəri “Sağlam məhəllə” idman zonasına baxış keçirib

Rayon rəhbəri “Sağlam məhəllə” idman zonasına baxış keçirib
  • ---

  • Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Masallı şəhəri, Qarabağ küçəsi 10 ünvanında yaradılan “Sağlam məhəllə” idman zonasına baxış keçirib.

    Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2024-cü il tarixli Sərəncamına əsasən, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin sifarişi ilə həyata keçirilən “Sağlam məhəllə” layihəsi çərçivəsində inşa olunan idman məkanında görülmüş işlər nəzərdən keçirilib.

    Baxış zamanı bildirilib ki, layihə çərçivəsində ərazidə minifutbol və basketbol meydançaları, stolüstü tennis və şahmat guşələri, eləcə də müxtəlif yaş qrupları üçün nəzərdə tutulmuş fitnes avadanlıqları quraşdırılıb. Müasir idman infrastrukturu sakinlərin asudə vaxtının səmərəli təşkili, sağlam həyat tərzinin təşviqi və kütləvi idmanın inkişafına xidmət edəcək.

    Rayon rəhbəri idman zonasının vəziyyəti ilə tanış olub, görülən işləri nəzərdən keçirərək aidiyyəti şəxslərlə fikir mübadiləsi aparıb. Qeyd olunub ki, bu cür layihələr gənclərin fiziki inkişafına, sağlam həyat tərzinin təbliğinə və əhalinin rifahının yüksəldilməsinə mühüm töhfə verir.

    Baxış zamanı idman zonasında son tamamlama işləri və ərazinin abadlaşdırılması ilə bağlı məsələlər də müzakirə olunub.







    PAYLAŞ:

    Oxşar xəbərlər