Təhsil Nazirliyi məktəblərin bağlanacağı barədə məlumatlara münasibət bildirib

Təhsil Nazirliyi məktəblərin bağlanacağı barədə məlumatlara münasibət bildirib
  • Təhsil

  • Təhsil Nazirliyi martın 3-dən 9-dək Azərbaycanda bağçalar, məktəblər və universitetlərin virusla əlaqədar fəaliyyətini dayandırması ilə bağlı məsələyə münasibət bildirib.

    LEQAL.AZ-ın məlumatına görə, Təhsil Nazirliyindən bildirilib ki, yayılan məlumat yanlışdır, belə bir qərar yoxdur: "Xahiş olunur ki, ötənilki məlumatı bu ilə uyğunlaşdırmasınlar. Tədris pandemiya səbəbindən ilk dəfə olaraq 3-9 mart 2020-ci ildə dayandırılmışdı.  Bu il isə 2021-ci ildir, dərslərimiz də öz qaydasında davam edir".

    Qeyd edək ki, təhsil eksperti Kamran Əsədov Facebook səhifəsində martın 3-dən 9-dək Azərbaycanda bağçalar, məktəblər və universitetlərdə virusla əlaqədar fəaliyyətini dayandıracağını yazıb. 
    PAYLAŞ:

    Oxşar xəbərlər