Azərbaycan dili fənni imtahanında şagirdlərə (abituriyentlərə) audiomətn təqdim olunmayacaq

Azərbaycan dili fənni imtahanında şagirdlərə (abituriyentlərə) audiomətn təqdim olunmayacaq
  • Təhsil

  • Mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq həm buraxılış, həm də qəbul imtahanı çərçivəsində keçirilən Azərbaycan dili (dövlət dili kimi) fənni imtahanında şagirdlərə (abituriyentlərə) audiomətn təqdim olunmayacaq, yalnız test tapşırıqları veriləcək. Buna görə də Azərbaycan dili (dövlət dili kimi) fənni imtahanının qanunvericilikdə nəzərdə tutulduğu kimi 1 saat 30 dəqiqə deyil, 45 dəqiqə keçirilməsi nəzərdə tutulur

    LEQAL.AZ xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə yanvarın 29-da keçirdiyi mətbuat konfransında deyib.

    O bildirib ki, imtahan modeli “Abituriyent” jurnalının xüsusi buraxılışında təqdim edilib. Lakin Dövlət İmtahan Mərkəzi Təhsil Nazirliyi ilə birgə imtahanın strukturunu yenə də müzakirə edəcək və ola bilsin ki, açıq sualların təqdim edilmə forması daha da sadələşdirilər.
    PAYLAŞ:

    Oxşar xəbərlər