Son günlər AMEA-nın Dilçilik İnstitutundakı “Qaynar xətt”in fəaliyyətinin dayandırılması ilə bağlı məlumatlar yayılıb.
“Qaynar xətt”in fəaliyyətinin dayandırılmasında adı hallandırılan Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli saytımıza bildirib ki, bəzi həmkarları təəsüf ki, hava haqqında məlumatlarda havanın pisləşməsini də onun adına yönləndirməyə çalışırlar: “Allah onlara insaf versin! Onu deyə bilərəm ki, görülən hər işin konkret səbəbi və onun üçün məsuliyyət daşıyan şəxs var.
Mən də dünən axşam məlumatı saytlardan oxumuşam, "Qaynar xətt"in işləməməsi haqqında heç bir məlumatım olmayıb.
Bu gün səhər dərhal maraqlandım və bildim ki, otağın yerinin dəyişməsi ilə əlaqədar olaraq orada texniki işlər aparılır.
Bir az əvvəl öyrəndim ki, artıq quraşdırma işləri başa çatıb və "Qaynar xətt" fəaliyyətini bərpa edib”.