“Virtual məktəb”də müəllimlər üçün onlayn təlimlərə qeydiyyat davam edir

“Virtual məktəb”də müəllimlər üçün onlayn təlimlərə qeydiyyat davam edir
  • Təhsil

  • “Virtual məktəb”də qeydiyyatdan keçən müəllimlər üçün Təhsil Nazirliyi tərəfindən platformadan istifadə ilə bağlı ödənişsiz onlayn təlimlərə qeydiyyat davam edir.

    Təhsil Nazirliyindən LEQAL.AZ-a bildirilib ki, təlimlərin məqsədi müəllimlərin platforma vasitəsilə məsafədən tədris aparmaq bacarıqlarını inkişaf etdirmək və onlara dəstək göstərməkdir.

    Müəllimlər “Virtual məktəb” (https://virtual.edu.az/) saytında yerləşdirilən sorğu formasını dolduraraq təlimlərə yazıla bilərlər.
    PAYLAŞ:

    Oxşar xəbərlər