ADAU-nun Mühəndislik fakültəsinə yeni dekan seçilib

ADAU-nun Mühəndislik fakültəsinə yeni dekan seçilib
  • Təhsil

  • Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması Qaydaları” nın tələblərinə uyğun olaraq 20 dekabr 2021-ci il tarixində Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Mühəndislik fakültəsinin dekanı vəzifəsinə seçkilər keçirilmişdir. Gizli səsvermənin nəticəsinə əsasən texnika üzrə fəlsəfə doktoru, dosent Təvəkkül İslamov fakültə dekanı seçilmişdir.

    T.İslamov 1989-cu ildə ADAU-nun Mūhəndislik fakültəsini bitirmiş və həmin ildə universitetdə əmək fəaliyyətinə başlamışdır. 1994-cū ildə "Tənək çiliklərini tingliyə basdırmaq ūçūnşırımaçma texnologiyasının işlənməsi və işçi orqanların parametrlərinin əsaslandırılması" mövzusunda namizədlik dissertasiyasını mūdafiə etmiş, 1998-ci ildə mūhəndislik ixtisası ūzrə dosent elmi adın almışdır. 2007-2008-ci illərdə Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatının şöbə müdiri, 12 il Mühəndislik fakültəsinin dekan müavini vəzifəsində çalışmışdır.

    Təvəkkül İslamovu bu yeni təyinat münasibətilə təbrik edir, fəaliyyətində uğurlar arzulayırıq.

    PAYLAŞ:

    Oxşar xəbərlər