Naxçıvanda məktəblər açılıb

Naxçıvanda məktəblər açılıb
  • Təhsil / Maraqlı

  • Bu gündən Naxçıvan Muxtar Respublikasında məktəblərin bütün sinifləri üzrə tədrisə başlanılıb.

    LEQAL.AZ report-a istinadən xəbər verir ki, Naxçıvan MR-in ümumtəhsil müəssisələrində ənənəvi dərslərə start verilib.

    Əvvəlki dövrdən fərqli olaraq bu il üçün məktəblərdə tədris ikinövbəli həyata keçiriləcək. Buna səbəb pandemiya şəraiti ilə əlaqədar şagirdlərin parta arxasında tək oturdulmasıdır.

    Qeyd edək ki, bu gün - sentyabrın 15-i Azərbaycanda Bilik Günüdür. Pandemiya şəraiti ilə əlaqədar 2021/2022-ci tədris ilinin başlama tarixi dəyişdirilib. Ölkədə aşağı siniflər üçün dərslər sentyabrın 22-də, ali təhsil və orta ixtisas təhsil müəssisələrində isə sentyabrın 29-da başlayacaq.

    Buna baxmayaraq, Bilik Günü ənənəvi qaydada sentybarın 15-də qeyd olunur.
    PAYLAŞ:

    Oxşar xəbərlər