Qasımlı kəndinin məzunları ali məktəblərdə

Qasımlı kəndinin məzunları ali məktəblərdə
  • Təhsil / Maraqlı

  • Masallı rayon Hakim Həsənov adına Qasımlı kənd tam orta məktəbini bu il bitirən məzunların bir qismi ali məktəblərə keçirilən qəbul imtahanlarında iştirak edərək tələbə adını qazanıblar.

    LEQAL.AZ-ın məlumata görə, rayon üzrə ən yüksək bal toplayanlardan biri də bu məktəbin məzunu olub. Belə ki, Salamov Ozal Fuad oğlu 610 bal toplayaraq Azərbaycan Tibb Universitetinin "Müalicə işi" fakültəsinə qəbul olub.

    Ali məktəbə qəbul olan məzunlardan Cahangirov Peyman Zəka oğlu 515 bal toplayaraq Bakı Dövlət Universitetinin " Biotexnologiya" fakültəsinə daxil olub. 

    Eyni zamanda bu kəndin iki qız məzunu da tələbə adını qazanıb. Rəhimova Xədicə Rafis qızı 304 bal toplayaraq Azərbaycan Unversitetinin "Filologiya" (Azərbaycan dili və ədəbiyyatı) fakültəsinə, Ağacanova Çiçək Fərrux qızı isə Bakı Biznes Universitetinin "İngilis dili" (Tərcümə) fakültəsinə daxil olublar.

    Həmin məktəbin daha iki şagirdi Məmmədli Hakim Şəfaət oğlu 340 balla Milli Aviasiya Akademiyasının "Cihaz mühəndisliyi" fakültəsinə və Kərimov Kərim Rafiq oğlu 371 bal toplayaraq Azərbaycan Texniki Universitetinin "İnformasiya texnologiyası" fakültəsinə qəbul olunublar.

    Qeyd edək ki, Pandemiya dönəmində çətinliklərə baxmayaraq şagirdlər onlayn tədris proqramında özlərində məsuliyyət hiss edərək bu ilki imtahanlara çox ciddi hazırlaşmışdılar. 

    2021-ci il tədris ili üçün hesabata əsasən, Qasımlı kənd orta məktəbin 11-ci sinif şagirdləri buraxılış imtahanlarında göstərdikləri yüksək nəticələrə görə ölkə üzrə tələbə adını qazanıblar.

    Tələbə adınız mübarək, Qasımlı məktəbliləri...


    Müəllif: Mahal Məmmədhüseynli

                                                        Salamov Ozal Fuad oğlu (610 bal)
                                                              Cahangirov Peyman Zəka oğlu (515 bal) 
                                                                Rəhimova Xədicə Rafis qızı (304) bal
                                                                    Ağacanova Çiçək Fərrux qızı (302) bal
                                                         Məmmədli Hakim Şəfaət oğlu (340 bal)
                                                                  Kərimov Kərim Rafiq oğlu (371 bal)
    PAYLAŞ:

    Oxşar xəbərlər