Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondu Gürcüstan Müsəlmanları İdarəsinin müraciəti əsasında nəşr etdirdiyi 2300-dən çox Qurani-Kərim kitabını (Azərbaycan dilində) soydaşlarımızın istifadəsi üçün Gürcüstana göndərib.
Fondan LEQAL.AZ-a bildirilib ki, kitabların göndərilməsində əsas məqsəd Gürcüstanda yaşayan soydaşlarımızın dini maariflənməsinə dəstək olmaqdır.
Müqəddəs kitabları qəbul edən Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Ramin İgidov belə gözəl təşəbbüsə görə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyinə və Mənəvi Dəyərlərin Təbliği Fonduna ölkə müsəlmanları və soydaşlarımız adından təşəkkürünü bildirib.
Dini sahədə əməkdaşlığa hər zaman hazır olduğunu vurğulayan R.İgidov Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizə Allahdan rəhmət diləyib.