Türkiyə səfiri ADAU-da olub

Türkiyə səfiri ADAU-da olub
  • Təhsil

  • Dünən, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı Gəncə şəhərinə səfəri çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) olub.

    Görüşdə Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov ikili diplom proqramları barədə eləcədə Türkiyənin ali təhsil müəssisələri olan əlaqələr haqqında, Şərqi Avropada analoqu olmayan yeni tədris korpusu, təhsil müəssisəsinin maddi-texniki bazası, beynəlxalq əlaqələrin inkişafı barədə səfiri ətraflı məlumatlandırıb. Həmçinin, pandemiya dövründə müxtəlif ixtisaslardan olan türkiyəli mütəxəssislərin ADAU tələbələri üçün mühazirələr söylədiyi qonağın diqqətinə çatdırılıb.

    Səfir Cahit Bağcı Universitet barədə təəssüratlarının müsbət olduğunu, müasir standartlara uyğun işlərin aparıldığını, keyfiyyətli təhsil almaq və elmi-tədqiqat işlərinin yerinə yetirmək üçün Aqrar Universitetdə böyük imkanların olduğunu qeyd edib.
    Görüşdən sonra səfir Azərbaycan Xalq Cümhuriyyəti Muzeyinə baş çəkib. Muzeydə yerləşən eksponatlar və binanın tarixi haqqında qonağa ətraflı məlumat verilib.

    Müəllif: Əlihüseyn ŞÜKÜROV.
    PAYLAŞ:

    Oxşar xəbərlər