İclasda ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovun 2020/2021-ci tədris ilinin yekunları barədə hesabatı dinlənilib.
Universitetin Tədris-təcrübə təsərrüfatında pandemiyanın tələblərinə əməl olunmaqla açıq havada keçirilən iclasda 2020/2021-ci il tədris ilinin nəticələri, 2021-ci ildə doktoranturaya qəbul olmuş doktorant və dissertantların mövzularının, kafedra və rəhbərlərinin təsdiqi, 2020/2021-ci il tədris ilində universitetin magistratura səviyyəsinə 1-ci turda tələbə qəbulunun nəticələri, differensial əməkhaqqının tətbiqi və digər məsələlər müzakirə olunub.
Şuranın sədri İbrahim Cəfərov sosial şəbəkələrdə keçirilən sorğuda “İlin tələbəsi” adına layiq görülən ADAU-nun İqtisadiyyat fakultəsinin məzunu Dinarə Əliyevanı təbrik edərək ona uğurlar arzu edib.
Sonra Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının “ATİAHİ 100 il” yubiley döş nişanları ilə təltif olunan universitetin bir neçə əməkdaşına döş nişanları təqdim olunub.
Müəllif: Əlihüseyn Şükürov