Bu gün “Menar Kids School” uşaq tədris və inkişaf mərkəzinin təşkilatçılığı ilə keçirilən yay məktəbi çərçivəsində məktəbəqədər yaşlı uşaqlar Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə tanış olublar.
Bildirilib ki, səfərin məqsədi məktəbəqədər yaşlı balacalarda aqrar sahəyə və kənd təssərüfatına körpə vaxtlardan marağın oyadılması, gələcəyin mütəxəssislərinin yetişməsi üçün sağlam təməllər atmaqdan ibarətdir.
Qonaqlar Universitetin Baytarlıq fakültəsi, Pataloji anatomiya muzeyi, Anatomiya müzeyi, Açıq və qapalı Balıq yetişdirmə laboratoriyaları, İstixana kompleksi, Tədris-təcrübə bağı və Müasir Heyvandarlıq kompleksi ilə tanış edilib.
Universitetin professor-müəllim heyəti uşaqlara dövlətin həyata keçirdiyi aqrar siyasət və eyni zamanda universitet rəhbərliyinin bu istiqamətdə apardığı işlər haqqında ətraflı məlumat veriblər.
Müəllif: Əlihüseyn ŞÜKÜROV