Ermənistan mətbuatının guya Azərbaycan Ordusunun bölmələrinin Xankəndiyə raket, Əsgəran, Ağdərə və Xocavəndə isə aviasiya zərbələrinin endirilməsi xəbəri yalandır. Bu xəbər düşmənin bu gün Azərbaycanın yaşayış məntəqələrini raket artilleriya atəşinə tutmasından diqqəti yayındırmaq məqsədini güdür.
LEQAL.AZ xəbər verir ki, bu barədə məlumatı Müdafiə Nazirliyi yayıb.
Ermənistan silahlı qüvvələrindən fərqli olaraq Azərbaycan Ordusu humanitar atəşkəs rejiminə riayət edir və yalnız düşmənin atəş nöqtələrinə adekvat zərbələr endirir.