Türkiyə Prezidenti: 2000-ə yaxın PKK/YPG terrorçusu Ermənistan tərəfdən Qarabağda döyüşür

Türkiyə Prezidenti: 2000-ə yaxın PKK/YPG terrorçusu Ermənistan tərəfdən Qarabağda döyüşür
  • Siyasət

  • Ermənistan Azərbaycan torpaqlarını işğal edib. Azərbaycanlı qardaşlarımızın həmin torpaqlardan qovulmasından 30 il keçib. Minsk qrupu bu məsələni həll etmədi. Azərbaycan öz vətəndaşlarının hüquqlarını qorumalıdır. Ermənilər hücum etdi, azərbaycanlılar özlərini müdafiə edirlər və bu proses davam edir.

    LEQAL.AZ azərtac-a istinadən xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) toplantısında bildirib.

    Rusiya Prezidenti Vladimir Putinlə telefon söhbətinə toxunan Rəcəb Tayyib Ərdoğan danışıq zamanı Qarabağ probleminin həlli yollarının müzakirə olunduğunu, nümayəndə heyətlərinin görüşünün təşkilinin vacibliyini vurğulandığını bildirib. O deyib: “Bizi Suriyadan Azərbaycana xarici qüvvələrin gətirilməsində ittiham edirlər. Lakin 2000-ə yaxın PKK/YPG terrorçusu Ermənistan tərəfdən 600 dollar maaş qarşılığında Qarabağda döyüşür. Rusiya Prezidenti bundan xəbərsiz olduğunu bildirdi. Bunun üzərində dayanmaq, buna uyğun addımlar atmaq lazımdır”.
    PAYLAŞ:

    Oxşar xəbərlər