Ermənistan atəşkəs rejimini pozmaqda davam edir

Ermənistan atəşkəs rejimini pozmaqda davam edir
  • Siyasət

  • Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 28-də gecə və səhər müxtəlif vaxtlarda Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən yaşayış məntəqələrimizi və bölmələrimizin mövqelərini atıcı silahlardan atəşə tutub.

    LEQAL.AZ xəbər verir ki, bu barədə məlumatı Müdafiə Nazirliyi yayıb.

    Belə ki, Ermənistanın Berd, Çəmbərək, Vardenis və Gorus rayonları ərazisindən Azərbaycanın Tovuz, Gədəbəy, Daşkəsən və Qubadlı rayonlarının əraziləri düşmən tərəfindən atəşə tutulub.

    Səhər saat 07.35-dən 09.00-dək isə Ağcabədi rayonu ərazisi düşmən tərəfindən atəşə məruz qalıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər