Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Zəngilan rayonunun işğaldan azad edilmiş İçəri Müşlan kəndinin videogörüntülərini paylaşıb.
LEQAL.AZ Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla həmin görüntüləri təqdim edir.
İçəri Müşlan kəndi 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. İkinci Qarabağ müharibəsində düşmənə sarsıdıcı zərbə vuran Azərbaycan Ordusu oktyabrın 21-də kəndi işğaldan azad edib.