Xocalı rayonunun Çanaqçı kəndinin (keçmiş Əsgəran rayonunun Avetaranots) guya Azərbaycan Ordusu tərəfindən atəşə tutulması barədə Ermənistanın yaydığı məlumatın heç bir əsası yoxdur və yalandır.
LEQAL.AZ xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.
Məlumatda qeyd olunub ki, qoşunlarımız bütün cəbhəboyu yeni humanitar atəşkəs rejiminə əməl edir.