Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) martın 31-də Qazaxıstanın Türküstan şəhərində keçirilməsi nəzərdə tutulmuş qeyri-rəsmi Zirvə görüşü koronavirus pandemiyası ilə bağlı video formatda keçiriləcək.
LEQAL.AZ “Xabar 24”ə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Belə ki, tədbirdə iştirak etməsi qeyd olunmuş Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğanın Qazaxıstana gəlməyəcəyi bu ölkənin hökumətinə rəsmi şəkildə bildirilib.
Daha əvvəl deyildiyi kimi, görüşdə Türk Şurasına üzv ölkələrin dövlət başçıları, həmçinin müşahidəçi statusuna malik Macarıstanın Baş naziri iştirak edəcək.