Njde kimi ideoloqlar dünyada türk qövmünü, türk xalqını görmək istəmirlər. Buna görə də qadına, qocaya, uşağa rəhm etmədən, bütün türkləri məhv etməyə və bu ərazidə “Böyük Ermənistan” qurmağ istəyirdilər. Erməni ideoloqlarının bütün həyatları boyu bizə münasibətləri bax, belə olub. Üstəlik kilsə də bu missiyanı “uğurla” yerinə yetirib.
Dünyada heç bir din, heç bir din xadimi bu cür missiyanı öz üzərinə götürmür. Bütün dinlərin və din xadimlərinin ən böyük vəzifəsi xalqlar və insanlar arasında barışıq yaratmaqdır. Erməni kilsəsi isə əksinə, həmişə dövlətin missiyasını öz üzərinə götürür, insanlar arasına nifaq salır.
Azərbaycan torpaqlarının 20% -nin işğal olunmasının və 1 milyondan artıq azərbaycanlının didərgin düşməsində də əsas rol erməni kilsəsinə aid olub. 1905-1907-ci illərdə, 1918-ci ildə də, 1980-ci illərin sonlarında da ermənilərlə azərbaycanlılar arasında nifaqın yaranmasına erməni kilsəsi xeyir-dua verib.
Bunu LEQAL.AZ -a açıqlamasında Milli Məclisin deputatı, tarix elmləri doktoru, professor Anar İsgəndərov deyib.
1918-ci il soyqırımından danışarkən biz daha çox bu sənədlərə və həmin ərazilərə istinad edirik. Hərçənd Qərbi Azərbaycanda öldürülən insanların sayı, Şimali Azərbaycanda öldürülənlərdən qat-qat çoxdur. Əsas fərq isə o idi ki, Qərbi Azərbaycanda bu hadisələrdən əziyyət çəkən insanlara kömək edəcək kimsə olmayıb. Şimali Azərbaycanda heç olmasa, azərbaycanlılar bir-birilərinə dayaq dururdular. Qərbi Azərbaycandakı vəziyyətin ağırlığı isə Osmanlı ərazisində əllərində silah erməni dövləti yarada bilməyənlərin, silahsız azərbaycanlı əhaliyə divan tutması ilə şərtlənirdi.
Bu baxımdan Qərbi Azərbaycanda törədilmiş qırğın daha dəhşətli idi. Qeyd edim ki, Qubada, Şamaxıda, Bakıda baş vermiş soyqırımla bağlı yazılar, əsərlər kifayət qədər çoxdur. Amma təəssüf ki, hələlik Qərbi Azərbaycanda baş vermiş soyqırımla bağlı yazılar azlıq təşkil edir. Düzdür, akademik nəşrlərdə Qərbi Azərbaycanda baş vermiş soyqırım məsələsi araşdırırlır.
Professor onu da qeyd edib ki, Qırx dörd günlük Vətən müharibəsi Azərbaycan xalqının şərəf tarixində qəhrəmanlıq salnaməsidir. Bu salnamənin ən parlaq səhifəsi isə Şuşa şəhərinin işğalçı erməni qüvvələrindən azad edilməsidir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz 30 il düşmən tapdağında qalan torpaqlarımızı işğaldan azad etdi. Özü də necə azad etdi? Öz gücü və iradəsi hesabına.
Bu illər ərzində dünyanın ən nüfuzlu təşkilatları Qarabağın Azərbaycanın tarixi torpağı olması ilə bağlı üzərilərinə öhdəlik götürsələr də, çox təəssüf, Azərbaycanın lehinə heç bir iş görmədilər.
Həmin təşkilatlar işğal edilən torpaqların Azərbaycana qaytarılması ilə bağlı heç bir addım atmadılar və ya atmaq istəmədilər. Onların əvəzinə bu işi Azərbaycan özü yerinə yetirdi, ərazi bütövlüyünü bərpa etdi.
Müəllif: Mahal Məmmədhüseynli
Operator: Elvin Haşımov