“Real” İspaniya çempionu olub

“Real” İspaniya çempionu olub
  • İdman

  • "Real" İspaniya La Liqasında 2023/2024 mövsümünün qalibi olub.

    Madrid təmsilçisi doğma meydanda "Kadis" klubuna 3 cavabsız qolla qalib gəlib.

    "Kral klubu" "Barselona"nın səfərdə "Jirona"ya uduzmasından (2:4) sonra qızıl medalları rəsmiləşdirib.

    “Real” bununla 36-cı dəfə İspaniya çempionu olub.

    Turnir cədvəlində birinci olan "Real"ın 87 xalı var. İkinci sırada "Jirona" (74 xal), üçüncü yerdə "Barselona" (73 xal) qərarlaşıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər