Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.
LEQAL.AZ xəbər verir ki, sərəncamla Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin 80 illiyi münasibətilə Azərbaycanda muzey işinin inkişafı və mədəni irsin təbliğində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər təltif ediliblər:
3-cü dərəcəli “Əmək” ordeni ilə
Əlibəyli Şəfəq Ənvər qızı
“Tərəqqi” medalı ilə
Allahyarov Kamil Hüseyn oğlu
Əliyeva Fatma Oruc Kuli qızı
Səfiyeva İnarə Bahadur qızı.
Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin 80 illiyi münasibətilə Azərbaycanda muzey işinin inkişafı və mədəni irsin təbliğində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə “Əməkdar mədəniyyət işçisi” fəxri adı verilib:
Bəşirli Xatirə Bədrəddin qızı
Sadırxanov Ridvan Sultanoviç
Şamilova Kübra Əsədulla qızı.