Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində Şuşa şəhərinə səfərdən görüntülər paylaşıb VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində Şuşa şəhərinə səfərdən görüntülər paylaşıb VİDEO
  • Siyasət

  • Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində Şuşa şəhərinə səfərdən görüntülər paylaşıb.

    LEQAL.AZ-ın məlumatına görə, paylaşımda deyilir:

    "Əziz bacılar və qardaşlar!

    Bu gün - Torpaq çərşənbəsi günündə biz yenidən doğma Şuşa şəhərimizi ziyarət etdik. Səfərimizin görüntülərini böyük məmnuniyyətlə sizinlə paylaşıram. Hər birinizə möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik və əmin-amanlıq arzulayıram! Vətən uğrunda həlak olmuş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm! Uca Tanrı sizi və doğmalarınızı qorusun!

    Dərin hörmət və sevgilərlə,

    Sizin MEHRİBAN"

    PAYLAŞ:

    Oxşar xəbərlər