Baş nazir: Qoşunların ən müasir silah sistemləri və hərbi texnika ilə təmin olunması üzrə zəruri işlər davam etdirilir

Baş nazir: Qoşunların ən müasir silah sistemləri və hərbi texnika ilə təmin olunması üzrə zəruri işlər davam etdirilir
  • Siyasət

  • Ordumuzun yüksək texniki təchizatı hər zaman olduğu kimi bundan sonra da prioritet olacaq. Qoşunların ən müasir silah sistemləri və hərbi texnika ilə təmin olunması üzrə zəruri işlər davam etdirilir və etdiriləcək.

    LEQAL.AZ xəbər verir ki, bunu Baş nazir Əli Əsədov parlamentin martın 16-da keçirilən iclasında Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatının müzakirəsi zamanı deyib.

    Baş nazir bildirib ki, vaxtilə alınmış müasir silah və texnika Vətən müharibəsində uğurla tətbiq olundu və sınaqdan uğurla çıxdı. Təsadüfi deyil ki, Azərbaycan Ordusunun tətbiq etdiyi müasir silah və taktikalar beynəlxalq ekspertlər tərəfindən yüksək qiymətləndirilir.

    Ermənistanın işğal altında qalan torpaqlarımızı viran qoyduğunu qeyd edən Əli Əsədov bildirib ki, Azərbaycan azad edilmiş ərazilərə həyatı yenidən qaytaracaq.

    Baş nazir həmçinin əlavə edib ki, regionda kommunikasiyaların açılması bütün bölgə üçün faydalı olacaq.
    PAYLAŞ:

    Oxşar xəbərlər