Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində Azərbaycan sürətli inkişaf yoluna çıxmış, bölgədə liderlik qazanan yeganə dövlətə çevrilmşdir. Yeni dövrün tələblərinə uyğun həyata keçirilən səmərəli iqtisadi islahatlar respublikada sosialyönümlü problemlərin kompleks həllinə geniş imkanlar yaratmışdır. Dövlət başçımızın ölkəmizdə sosial-iqtisadi inkişafın sürətləndirilməsinə hesablanan mühüm fərman və sərəncamlar imzalaması Azərbaycan iqtisadiyyatının dinamik inkişafına gətirib çıxarmışdır. Dünyanı bürüyən maliyyə böhranına baxmayaraq, Azərbaycan iqtisadiyyatının davamlı inkişaf tempini qoruyub saxlaması, uğurla aparılan iqtisadi siyasətin məntiqi nəticəsidir. Ötən müddətdə qəbul edilən Dövlət proqramları və onlara əlavələr regionların tarazlı, davamlı inkişafını, onların potensialının bir-birinə kömək mexanizmi üzərində qurulmasını, qeyri-neft sektorunun daha da möhkəmlənməsini, iqtisadiyyatın neftdən asılılıq dərəcəsinin azaldılmasını, infrastrukturun yeniləşdirilməsini təmin etmişdir. Biz bu gücdən istifadə edərək qarşımızda duran əsas vəzifəni şərəflə yerinə yetirdik. Ermənistan ordusu 44 gün ərzində darmadağın edildi, demək olar ki, Ermənistan ordusu yoxdur. Müharibədən sonra müşahidə olunan mənzərə onu göstərir ki, bu gün Ermənistan silahlı qüvvələri faktiki olaraq tam dağıdılıb. Ermənistan məğlub edilib və biz istədiyimizə 44 gün ərzində nail ola bilmişik. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitini yaxşılaşdırmaq məqsədi ilə mütəmadi görüşlər keçirirlər. Əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin arzu və istəklərinə, onları narahat edən problemlərin həllinə xüsusi diqqət və həssaslıqla yanaşırlar. Bütün bunları görən gənclər anlayırlar ki, dövlət qarşısında xidməti olan şəxslər heç vaxt diqqətdən kənarda qalmırlar. Odur ki, hər bir Azərbaycan vətəndaşı Prezidentimizin ətrafında sıx birləşməli, yeni uğurların qazanılmasına əməli işi ilə töhfə verməlidir.
Müəllif: Çimnaz Yusifova,
Masallı ayonu.