Ermənistan müxalifəti Paşinyana ultimatum verdi

Ermənistan müxalifəti Paşinyana ultimatum verdi
  • Siyasət

  • Ermənistan parlamentinə gedən yolları bağlayan etirazçılar ölkənin Baş naziri Nikol Paşinyanın qanunverici orqana gələrək istefa etdiyini açıqlaması və erkən parlament seçkiləri barədə bəyanat verməsini tələb edirlər.

    LEQAL.AZ oxu.az-a istinadən bildirir ki, bunu jurnalistlərə aksiya təşkilatçılarından biri İşxan Saqatelyan bildirib.

    Hazırda nümayişçilər həm Baqramyan, həm də Dəmirçiyan küçələrindən parlament binasına aparan yolları bağlayıb, orada əlavə çadırlar qurublar.

    Saqatelyan bildirib ki, Paşinyanın erkən seçkilər təyin etmək üçün müxalifətlə memorandum imzalamasına ehtiyac yoxdur. Belə ki, onun fraksiyası parlamentdə səs çoxluğuna malikdir.

    "O, sabah saat 12.00-dək parlament binasına gəlməli, istefasını açıqlayıb, erkən seçkilər təyin etməlidir. Yalnız bu halda biz yolları aça bilərik. Amma o, gəlməyəcək. Bu, növbəti yalandır", - deyə Saqatelyan vurğulayıb.

    O, tələbləri yerinə yetirilənədək çadırlarda qalacaqlarını da bildirib.

    Qeyd edək ki, bir neçə gün öncə, Baş nazir N.Paşinyan erkən seçkilərə hazır olduğunu bəyan edib.
    PAYLAŞ:

    Oxşar xəbərlər