Ölkəmizin beynəlxalq aləmdə imici hər zaman müsbət olub

Ölkəmizin beynəlxalq  aləmdə imici hər zaman müsbət olub
  • Siyasət

  • Azərbaycan beynəlxalq müstəvidə özünü etibarlı tərəfdaş kimi təsdiq edib. Ölkəmizdə həyata keçirilən uğurlu siyasət dövlətimizin əsaslarını möhkəmləndirib, dinamik inkişafını sürətləndirib. Azərbaycanın sürətli inkişafı, iqtisadi gücünün artması ,əhalinin rifahının yüksəldilməsi bir sıra məsələlərdə təsiredici rol oynayır. Şübhəsiz ki,qazanılan uğurlar azərbaycanın beynəlxalq aləmdə mövqeyini əhəmiyyətli dərəcədə gücləndirir.      Bu gün biz alnıaçıq şəkildə deyə bilərik ki,ölkəmiz dünya birliyinin  tam bərabərhüquqlu üzvüdür, sözünü deyə bilən bir dövlətdir.

    Son illərdə Azərbaycanın əldə etdiyi uğurlar ölkəmizi regionda güc mərkəzlərindən birinə çevirir.
    Ölkəmizin coğrafi baxımdan strateji mövqedə yerləşməsi nəticəsində bütün beynəlxalq təşkilatlar ,böyük dövlətlər bizə maraq göstərir,bizimlə tərəfdaşlıq etmək istəyirlər.

       Müasir dövrdə strateji inkişaf xətti kimi demokratik cəmiyyət quruculuğu və bazar iqtisadiyyatı yolunu seçən Azərbaycan Respublikası dünya təcrübəsində uğurla sınaqdan keçmiş ümumbəşəri dəyərlərdən faydalanmağa çalışır,özünün geniş iqtisadi potensialını hərəkətə gətirmək məqsədilə inkişaf etmiş ölkələrin qabaqcıl texnologiyasını  və maliyyə imkanlarını cəlb edir,onlarla qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini inkişaf etdirir.

       1992-ci ildən BMT,ATƏT,və İKT-nin üzvü olan Azərbaycan Respublikası  həyata keçirdiyi ardıcıl siyasət nəticəsində 2001-ci ildə Avropa şurasına qəbul edilmiş,Avropa Birliyi,NATO  və başqa təşkilatlarla sıx əlaqələr yaratmış,bu qurumlar çərçivəsində qarşılıqlı və faydalı münasibətlərin inkişaf etdirilməsi üçün fəal xarici siyasət yeridir.

       Hazırda regionda və dünyada baş verən əsas iqtisadi ,siyasi,mədəni hadisə və proseslərdə Azərbaycan dövləti layiqincə təmsil olunur,öz mövqeyini bildirir və mənafelərini qoruyur.Respublikamızda həyata keçirilən demokratik islahatlar  və iqtisadi dəyişikliklər ,fəal xarici siyasət bu gün dünyanın ən  qüdrətli dövlətlərinin ,

    Nüfuzlu təşkilat və qurumlarının diqqətini Azərbaycana yönəltmiş,beynəlxalq hüquq normalarına uyğun faydalı əməkdaşlığın qurulmasına  və inkiçafına əlverişli zəmin yaratmışdır.

       Azərbaycan müstəqillik elan etdikdən sonra regional  və beynəlxalq aləmdə həyata keçirilən,iştirakçısı olduğu bütün layihələrdə öz yerini  və tərəfdaş ciddiyyətini uğurla qoruyub saxlayır.Azərbaycanın iştirak etdiyi layihələrlə bağlı  vaxtında verdiyi qərarlar ,gördüyü tədbirlər,üzərinə düşən öhdəliklərinə məsuliyyətlə yanaşması və qarşılıqlı mənafeləri qoruması onun imicini yüksəldib,etibarlı tərəfdaş olduğunu sübut edib.

    Ülviyyə Mirzəki qızı Səfərova,

    Masallı rayonu, Şatıroba kənd N.Əkbərov adına tam orta məktəbin
    Azərbaycan dili və ədəbiyyatı müəllimi.
    PAYLAŞ:

    Oxşar xəbərlər