BMT-nin Uşaq fondu (UNICEF) koronovirus əleyhinə vaksinlərin alınması və çatdırılması üzrə miqyaslı əməliyyata hazırlıq işlərinə başladığı barədə elan edib. Fond 2020-ci ilin sonunadək peyvənd üçün yarım milyarddan çox şprisin öz anbarlarında yerləşdirilməsini planlaşdırır. LEQAL.AZ BMT-nin Xəbərlər xidmətinə istinadla xəbər verir ki, UNICEF, həmçinin istifadə edilmiş şprislərin təhlükəsiz utilizasiyası üçün əvvəlcədən 5 milyon xüsusi konteyner və digər tibbi avadanlıq alacaq.
Uşaq fondunda izah edirlər ki, vaksinlərin tədarükünə əvvəlcədən hazırlıq bu prosesin əhəmiyyətli dərəcədə sadələşdirilməsi və sürətləndirilməsində yardım edəcək, eləcə də vaksinin bazarda peydə olunduğu an tələbatın kəskin artmasının qarşısını alacaq.
“Dünya əhalisinin COVID-19-dan peyvənd olunması bəşəri tarixdə ən miqyaslı kütləvi kampaniyalardan biri olacaq, vaksinlərin istehsala buraxılması zamanı biz çox cəld hərəkət etməliyik. Bu isə o deməkdir ki, biz artıq indidən cəld hərəkət etməliyik”, – deyə, UNICEF rəhbəri Henriyetta For bildirib.
Koronavirus əleyhinə vaksinlərin peydə olması an onların alınması və çatdırılması prosesinə məhz UNICEF-in başçılıq etdiyi hələ sentyabrın əvvəllərində elan edilmişdi. Fond, xüsusilə, COVAX alyansı – koronovirus əleyhinə vaksinlərin hazırlanması və istehsalı üzrə beynəlxalq əməkdaşlıq proqramında iştirakı barədə bildirən 80 ölkə tərəfindən peyvəndin tədarükünün koordinatoru qismində çıxış edəcək.
Bu kampaniyada UNICEF-in tərəfdaşları qismində Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Peyvənd və immunizasiya üzrə Qlobal alyans çıxış edəcək.
UNICEF dünyada ən böyük vaksin alıcısıdır. Fond hər il həm planlı peyvəndlər, həm də xəstəliklərin yayılması və epidemiyalarla mübarizə üçün 100 ölkə adından iki milyard dozadan çox vaksin alır.
2021-ci ildə Uşaq fondu qızılca, qarın yatalağı və digər xəstəliklər əleyhinə peyvəndin vurulması üçün 620 milyard şprisə əlavə olaraq koronovirus əleyhinə immunizasiya üçün milyard şprislə təmin etməyi planlaşdırır.