![Hikmət Hacıyev: 15 yaşınadək uşaqların əsgər kimi işə götürülməsi müharibə cinayətidir](/uploads/posts/2020-10/1603565142_16035648911233941157_1000x669.jpg)
Videoda Ermənistanın uşağı əsgər kimi işə götürdüyü göstərilir.
LEQAL.AZ xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev rəsmi Tvitter hesabında yazıb.
Hikmət Hacıyev bildirib: “15 yaşınadək uşaqların əsgər kimi işə götürülməsi və istifadəsi beynəlxalq humanitar hüquqlar - müqavilələr və qanunlar baxımından qadağandır və ICC tərəfindən müharibə cinayətləri kimi təyin olunur”.