Ankarada Xocalı soyqırımının ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO

Ankarada Xocalı soyqırımının ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO
  • Siyasət

  • Bu gün Ankarada Türkiyə-Azərbaycan  Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunda (TADİV) "29-cu ildönümündə Xocalı soyqırımının düşündürdükləri" başlıqlı panel və sərgi keçirilib.

    LEQAL.AZ APA-ya istinadən xəbər verir ki, tədbirdə Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü Aygün Əttar moderatorluq edib.

    Tədbirdə Türkiyə xarici işlər nazirinin müavini  Yavuz Səlim Kıran, Türkdilli Ölkələrin Əməkdaşllq Şurasının sədri Bağdat Amrayev,  Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev Xocalı soyqırımı ilə bağlı çıxış ediblər.

    Çıxışçılar Xocalı soyqırımının 29-cu ildönümünün bu il ötən illərlə müqayisədə fərqli şəkildə anıldığını, müharibədən qalib çıxmış xalq və ölkədə zəfər ab-havasının yaşandığını vurğulayıb.

    Tədbirə Qazaxısatanın Türkiyədəki səfiri, Qaradəniz İqtisadi Əməkdaşllq Şurasının sədri, keçmiş səfirlər və bir çox diplomat qatılıb.

     
    PAYLAŞ:

    Oxşar xəbərlər