Azərbaycan və Türkiyə hərbi istehkamçıları mühəndis təminatı üzrə tapşırıqları icra edir - VİDEO

Azərbaycan və Türkiyə hərbi istehkamçıları mühəndis təminatı üzrə tapşırıqları icra edir - VİDEO
  • Siyasət

  • Azad edilmiş Ağdam rayonu ərazisində Türkiyə Silahlı Qüvvələrinin ölkəmizdə olan minadan təmizləmə üzrə heyəti Azərbaycan Mühəndis Qoşunlarının bölmələri ilə birgə mühəndis təminatı üzrə tapşırıqları icra edir.

    LEQAL.AZ xəbər verir ki, bu barədə məlumatı Müdafiə Nazirliyi yayıb.

    Hər iki ölkənin hərbi istehkamçıları əkin sahələri və əlaqə yollarını mina və partlamamış mərmilərdən təmizləyərək istifadəyə yararlı vəziyyətə gətirir.

    Azad edilmiş ərazilərimizdə partlamamış mərmilərin, minaların aşkar olunması və zərərsizləşdirilməsi üzrə tədbirlər davam etdirilir.

    PAYLAŞ:

    Oxşar xəbərlər