Vayra Vike-Freyberqa İlham Əliyevi təbrik edib

Vayra Vike-Freyberqa İlham Əliyevi təbrik edib
  • Siyasət

  • Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

    Hörmətli cənab Prezident.

    Doğum gününüz münasibətilə həyat yoldaşım İmantsın adından və öz adımdan ən xoş təbriklərimizi və arzularımızı qəbul etməyinizi xahiş edirəm. Sizə daim möhkəm cansağlığı, xoşbəxtlik, xoş əhval-ruhiyyə arzu edir, xalqınızın sevgisi və dəstəyindən zövq almağı diləyirəm.

    Sizin builki doğum gününüz doğma vətəniniz Azərbaycanın uzun müddət işğal altında qalan torpaqlarının azad olunması ilə eyni dövrə təsadüf edir. Fürsətdən istifadə edərək, ali rəhbərliyiniz və Silahlı Qüvvələrinizin şücaəti sayəsində qazandığınız şanlı Qələbə münasibətilə Sizi bir daha təbrik edirəm. İşğaldan azad etdiyiniz şəhər və kəndlərin yenidən qurulması, torpaqların istifadəyə hazırlanması və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması kimi qarşınızda duran vəzifələrin də uğurla yerinə yetirilməsində Sizə nailiyyətlər diləyirəm. Əminik ki, dağıdılmış tarixi və mədəni abidələr Sizin fədakar səyləriniz sayəsində bərpa olunaraq bütün dünyaya nümayiş etdiriləcək.

    Həmsədrimiz İsmayıl Serageldinin və Qəyyumlar Şurasının üzvlərinin təbriklərinə qoşularaq Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə göstərdiyiniz davamlı dəstəyə görə şəxsən Sizə minnətdarlığımı bildirirəm. Məhz Sizin bizə və missiyamıza etimadınız sayəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi pandemiya şəraitində yaşadığımız 2020-ci ildə sanballı nailiyyətlər əldə edib. Beynəlxalq səfərlərin və üzbəüz görüşlərin qeyri-mümkün olduğu bir zamanda, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi əvvəlki illərdən fərqli olaraq çoxlu sayda həm yüksək səviyyəli onlayn görüşlərin təşkilatçısı, həm də iştirakçısı olub. BMT, Ümumdünya Elm və İncəsənət Akademiyası kimi nüfuzlu təşkilatlardan tutmuş Avropa İttifaqı ölkələri və Çinlə, eləcə də onların aparıcı institutları ilə fəal tərəfdaşlıq etmişik. Şəxsən mən bu il Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətinə əvvəlki illərlə müqayisədə daha çox vaxt sərf etmişəm. Əmin ola bilərsiniz ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin getdikcə daha da artan səmərəli fəaliyyəti Azərbaycanın mühüm ölkə kimi nüfuzunun yüksəlməsinə və onun dünyada maraq doğuran məsələlərdə daim yeni dostlar və tərəfdaşlar qazanmasına töhfə verməkdədir.

    Cənab Prezident, bir daha Sizə ən yüksək ehtiramımı bildirirəm.

    Səmimiyyətlə,

    Vayra Vike-Freyberqa

    1999-2007-ci illərdə Latviya Respublikasının Prezidenti,

    Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri
    PAYLAŞ:

    Oxşar xəbərlər